...SİA xəbər verir ki, REN TV-nin Telegram kanalında yayımlanan məlumata görə, Severouralsk sakinləri şəhər küçələrində sakitcə bazuka daşıyan bir qadın görüblər.
Qeyd edək ki, bazuka İkinci dünya müharibəsində istifadə olunan və Amerika Birləşmiş Ştatlarında istehsal olunan qumbaraatandır...
...Və hadisə 3 may bazar günü baş verib. Şahidlərin sözlərinə görə, qumbaraatan daşıyan qadın "heç nə olmamış kimi küçədə gəzirdi".
Onun "yürüş" zamanı çəkilmiş görüntülər sosial mediada və forumlarda tez bir zamanda yayılaraq qızğın müzakirələrə səbəb olub.
Videolarda yer alan qadın Qalina F. də paylaşımlara cavab verib.
…Görünüşümlə kimisə qorxutmuşamsa, üzr istəyirəm! Bunu etmək istəməmişdim! Bu, muzeyimiz üçün hədiyyədir. Həqiqətən də, Lenin küçəsi 4a ünvanına çatmaq üçün bütün şəhəri gəzməli oldum. Xüsusilə də bina həftə sonları bağlı olduğundan… Bazar ertəsi günü bu "çantanı" (çox yüngül) muzeyə aparmaq üçün evə getdim, - qadın izah edib. …Jurnalistlər Qalina F.-nin Daxili İşlər Nazirliyinin veteranı olduğunu və polis şöbəsinin muzeyində işlədiyini aydınlaşdırdılar.
Severouralsk polis şöbəsinin media əlaqələri üzrə mütəxəssisi bazukanın yerli muzey üçün eksponat olduğunu təsdiqləyib və sakinləri ekskursiyaya dəvət edib.
Qeyd edək ki, Severouralsk Rusiyanın Sverdlovsk vilayətində regional tabeliyindəki bir şəhər və Severouralsk bələdiyyə rayonunun inzibati mərkəzidir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB