Dünyada Covid-19-a qarşı 10 milyarddan artıq peyvənd vurulub

Dünyada yeni növ koronavirusa qarşı 10 milyard dozadan artıq peyvənd vurulub.

SİA-nın xəbərinə görə, bu statistikanı TASS agentliyi yayıb

Peyvəndlərin yarıdan çoxu cəmi üç ölkədə - Çində (2,98 milyard), Hindistanda (1,67 milyard) və ABŞ-da (0,54 milyard) tətbiq olunub.

Avropa qitəsində və bir çox inkişaf etmiş ölkədə əhalinin böyük hissəsinin vaksinasiyası başa çatıb. Afrikanın bəzi ölkələrində isə əhalinin 3%-dən az hissəsi tam peyvənd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə