Həkim məsləhəti olmayan dərmanlardan istifadə etmək düzgündür? - DİQQƏT! - HƏKİM AYDINLIQ GƏTİRDİ

“Ümumiyyətlə dərman maddələri qruplara bölünür. Reseptsiz satılan dərman maddələri, reseptlə satılan dərman maddələri və xüsusi 2 peçatı olan dərman maddələri olaraq bölünürlər". Bu sözləri SİA-ya açıqlamasında Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru, əməkdar həkim Taryel Eyvazov bildirib.

Onun sözlərinə görə, bütün bunların hamısı bir qayda olaraq həkim məsləhəti ilə qəbul olunmalıdır: "Bəzən insanların çoxu yaxınlarına xəstələndikləri zaman öz dərman vasitələrindən məsləhət görürlər. Həkim yoxlamasa da qohumlarının məsləhət gördüyü dərmanlardan istifadə edirlər. Hər bir xəstəyə fərdi qaydada yanaşılmalıdır. Ola bilər ki, bir nəfərin istifadə etdiyi dərman digər insana təsir etməsin. Əksinə ona pis təsir edə bilər. Ona görə də hər bir xəstə mütləq şəkildə dərman qəbul etməmişdən qabaq həkimlə məsləhətləşməlidir. Həkim xəstəni müalicə etdikdən sonra ona hansı dərmanların müsbət təsir edəcəyini qeyd edir və ona uyğun olaraq resept yazır. Bir qayda olaraq dərman istifadəsi həkim təyinatı ilə olmalıdır.

Bunlardan əlavə ən xoşagəlməz hallar budur ki, orta tibb işçiləri dərmanı öz bildikləri kimi tövsiyyə edirlər. Bəzən elə dərman preparatları olur ki, onların tərkibinə başqa məhlul qatmaq qəti surətdə olmaz. Amma bəzi tibb bacıları bir neçə dərmanı qarışdırırlar. Bu qarışımların bəzən insanlara yan təsirləri də ola bilər. Ona görə belə hallardan istifadə edilməsi düzgün deyil. İnsanın səhhətində bir sıra ciddi problemlərə yol aça bilər”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə