Bu gün 25 mindən çox vətəndaş peyvənd olunub AZƏRBAYCANDA

Mayın 9-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 25 min 625 doza vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 3710, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 21915 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 687 min 397-yə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 5 min 678, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 681 min 719 nəfərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə