Qrip və yaz allergiyasının fərqi - AÇIQLAMA

“Yaz allergiyaları fevral ayının ortalarından artıq çicəklərdə tozlanma prossesi başlayır. Tozlanmada iştirk edən pollemlər,tozcuqlar mikroskopik ölçülü olur və gözlə görünmür, kilometrlərlə ətrafa yayılır” Bunu SİA-ya açıqlamasında allerqoloq-terapevt Gülnar Quliyeva deyib.

Allerqoloq-terapevt vurğulayıb ki, bəzi insanların bu tozcuqlara, polemlərə qarşı həssaslığı və ya allergiyası var: “Allergiyası olan insanlar bu dönəmdə allergiyası başlayır və burun tutqunluğu, nəfəs almanın çətinləşməsi, burunda qaşınma, qripə bənzər bir hal, burundan selik ifrazı, gözlərdə qum qalma hissi, qaşınma, sulanma, qulaqda, damaqda qaşınmalar kimi şikayətlər olur. Bəzi pasiyentlərdə bronxial-astma, polen allergiyası xəstəliyi var bu isə yaz mövsümündə astmanın kəskinləşməsinə səbəb olur. Bizə ən çox müraciət edilən mövsüm allergiyasıdır və xroniki xəstəlikdir. Bu mövsüm pasiyenti müalicə etsək də, bu prosesin gələcəkdə təkrarlanma ehtimalı böyükdür. Düzənli müalicə alan pasiyentlərdə sakitləşmə və yaxud bir necə il xəstələri narahat etmir. Lakin bu xəstələr daim özlərinə nəzarət etməli həkimə müraciət etməlidirlər. Zamanında düzgün müalicə olunmazsa, mövsüm allergiyası bronxial astma ilə fəsadlaşa bilər.Ümumiyyətlə, allergiya əlamətlərini soyuqdəymə, qrip kimi başa düşürlər. Bizə müraciət edirlər ki, iki aydır qripəm immunitetim aşağı düşüb. Müayinə etdikdə isə məlum olur ki, bu, yaz allergiyasıdır. Qeyd edim ki, qrip viral infeksiyadır və bir həftə -10 gün ərzində yekunlaşır. Xəstələrimiz bu zaman soyuqdəymə əleyhinə dərman preparatları qəbul edirlər. Bu isə vəziyyətlərinin ağırlaşmasına səbəb olur”.

Xatırladaq ki, astma öldürücü xəstəlik deyil və hazırda müasir dərmanların köməyi ilə tam nəzarət altına almaq olur: “Dərman müalicəsi zamanı biz elə edirik ki, xəstəmiz sağlam insan kimi yaşayır. Qeyd edim ki, xəstəlik xronikidir. Bronxial astma xəstələrimizdə hər gün nəfəs yolu ilə dərman çəkərək tənəffüs yollarındakı iltihabı allergiyanı söndürür və bronxlardakı spazmı aradan qaldırır. Bu xəstələr davamlı və düzənli olaraq həkim nəzarətində olmalı həyat tərzinə diqqət etməlidirlər. Bu isə allergiyanın ağırlaşmasının qarşısını alacaq”.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə