Beynəlxalq Bobsley Federasiyasının (IBSF) Apellyasiya Məhkəməsi təşkilatın konqresinin rusiyalı idmançıların IBSF tərəfindən maliyyələşdirilən yarışlardan diskvalifikasiya edilməsinə dair qərarını qanunsuz hesab edib. SİA xəbər verir ki, bu barədə Rusiyanın idman naziri və ölkənin Olimpiya Komitəsinin rəhbəri Mixail Deqtyarev Telegram kanalında məlumat verib. Rəsmiyə görə, IBSF indi ruslara beynəlxalq rəqabətə icazə verməlidir. Bura 2026-cı ildə İtaliyada keçiriləcək Qış Olimpiya Oyunlarına vəsiqə daxildir.
"Ümid edirik ki, bobsleyçilərimizlə bağlı qərar bütün digər beynəlxalq federasiyalar üçün presedent olacaq”, – Deqtyarev bildirib. Bundan əvvəl İdman Arbitraj Məhkəməsi Avropa Stolüstü Tennis İttifaqının rusiyalı idmançıları və rəsmiləri yarışlara buraxmamaq qərarını ayrı-seçkilik hesab etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə