Rumıniyanın mərkəzində yerləşən Ploiești şəhərindəki neft emalı zavodunda partlayış baş verib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə ilə bağlı Prahova əyalətinin Fövqəladə Hallar İnspeksiyası məlumat yayıb.
Bildirilib ki, partlayış zavodun “Mihai Bravu” küçəsində yerləşən istehsal sahəsində qeydə alınıb. Partlayış yanğına səbəb olmayıb. Zavodun fəaliyyəti neft məhsullarının istehsalı və paylanması ilə bağlıdır.
Hadisə nəticəsində 57 yaşlı bir kişi baş və ayaq nahiyəsindən xəsarət alıb, o xəstəxanaya çatdırılıb.
Qeyd olunur ki, sözügedən ərazidə “Lukoil” şirkətinə məxsus neft emalı zavodu yerləşir. Zavod oktyabrın 17-dən 45 gün müddətinə əsaslı təmir işləri üçün fəaliyyətini dayandırıb.
Hadisənin səbəbi ilə bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə