Britaniya Ukraynaya qoşun göndərmək üçün 135 milyon ayıracaq

Britaniya Ukraynaya qoşun göndərmək üçün 135 milyon ayıracaq

Böyük Britaniya hərbi əməliyyatlar başa çatdıqdan sonra Ukraynaya qoşun göndərməyi düşünür. Hərbi kontingentin yerləşdirilməsinin dəyəri 100 milyon funt-sterlinqdən (135 milyon dollar) çox qiymətləndirilir. SİA xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Con Hili deyib. "Sülh mümkündür. Əgər prezident Donald Tramp sülhə nail ola bilsə, o zaman biz sülhün davamlı olmasını təmin etməyə kömək edəcəyik. Bu, bizdən sərmayə qoymağı və qoşunlarımızı yerləşdirməyə hazırlamağı tələb edir. Xərclərin 100 milyon funt-sterlinqdən çox olacağını düşünürəm”, - deyə o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə