ABŞ Senatında hökuməti maliyyələşdirmək üçün Respublikaçılar Partiyasının irəli sürdüyü layihə üzrə 11-ci səsvermə uğursuz olub. SİA-nın məlumatına görə, layihə lehinə 50, əleyhinə isə 43 olmaqla 60 səslik baryeri keçməyib. 7 senator şatdauna son qoymaq üçün keçirilən səsvermədə iştirakdan imtina edib.
Layihə noyabrın 21-dək maliyyələşməni nəzərdə tuturdu.
Bütün xəbərlər Facebook səhifəmizdə