ABŞ-da şatdauna son qoymaq üçün keçirilən 11-ci səsvermə uğursuz olub

21 Oktyabr 2025 03:37 (UTC+04:00)

ABŞ Senatında hökuməti maliyyələşdirmək üçün Respublikaçılar Partiyasının irəli sürdüyü layihə üzrə 11-ci səsvermə uğursuz olub. SİA-nın məlumatına görə, layihə lehinə 50, əleyhinə isə 43 olmaqla 60 səslik baryeri keçməyib. 7 senator şatdauna son qoymaq üçün keçirilən səsvermədə iştirakdan imtina edib.

Layihə noyabrın 21-dək maliyyələşməni nəzərdə tuturdu.