"Azərbaycanda koronavirusa yoluxma mümkün deyil" MÜTƏXƏSSİS RƏYİ-ÖZƏL

“Koronavirus elm aləminə 1965-ci ildən məlumdur. Onun çoxsaylı növləri var ki, onlardan 7-si insanda xəstəlik törədir. Lakin 3-nün yaratdığı xəstəlik öz ciddiliyi ilə seçilir. Onlardan biri 2002-ci ildə yayılan Sars virusu, ikincisi 2012-ci ildə Yaxın Şərqdə tənəffüs sindromu ilə baş qaldıran Mers, üçüncüsü isə hazırda yayılan koronavirusdur”. Bu fikirləri SİA-ya açıqlamasında Respublikanın baş infeksionisti Cəlal İsayev deyib.

O bildirib ki, hazırda koronavirusdan dünyasını dəyişənlərin 80 faizini 60 yaşından yuxarı insanlar təşkil edir: “ Cavan yaş qrupunda ölüm 1 faizə bərabərdir. 45-50 yaşlı insanlarda bu faiz yüksələrək 50 faiz təşkil edir. Bu bir daha göstərir ki, virus daha çox yaşlı insanlar üçün təhlükəlidir. Adətən yaşlı insanlar həyat boyu qazandıqları xəstəlik olur ki, bu virusa yoluxma zamanı həmin xəstəlik virusun sağalma ehtimalını azaldaraq ölüm riskini daha da yüksəldir”.

Xəstəliyin siptomlarına gəlincə C. İsayev söyləyib ki, koronavirus hava damcı yolu ilə yayılır: “Siptomları adi respirator xəstəliklərdə olduğu kimidir. Halsızlıq, baş ağrısı, öskürək, bədən hərarətinin yüksəlməsi, ümumilikdə zökəm əlamətləridir. Qrip necə keçirsə, koronavirusda o cür gedişə malik olur. Təbii ki ağır formaları da ola bilir. Vrus daha çox immun sistemi zəif olan insanlara təsir göstərər bilir. Virusun inkubasiya dövrü 14 gündür və bu müddət ərzində onun sağlam insana keçmə ehtimalı qalır”.

Baş infeksionist vurğulayıb ki, xəstəliyə yoluxmaq üçün ilk növbədə xəstə ilə təmas olunmalıdır: “ Azərbaycanda görülən tədbirlər nəticəsində hazırda bu virusa yoluxma mümkün deyil.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə