Avtomobil çuxura düşüb, xəsarət alan var

Bakının Xətai rayonunda yol qəzası baş verib.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə 8 Noyabr prospektində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobil yol kənarında su borularının yenilənməsi üçün qazılan xəndəyə düşüb.

Avtomobil çuxurdan kran vasitəsilə çıxarılıb.

Sürücü ağır kəllə-beyin travması alıb.

Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...