Şamaxıda bələdiyyə binasında yanğın olub

Şamaxıda bələdiyyə binasında yanğın olub. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Şamaxı rayonunun Məlikçobanlı kəndində ümumi sahəsi 30 m² olan ərzaq mağazasının yanar konstruksiyaları və bitişik, ümumi sahəsi 400 m² olan bələdiyyəyə məxsus ikimərtəbəli inzibati binanın dam örtüyünün taxta atmaları 1 m² sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə