Saatlı sakinlərindən 3 kilodan çox narkotikgötürülüb

Saatlı rayon sakinlərindən narkotik vasitə götürülüb.

SİA-nın məlumatına görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları Saatlı rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində əvvəllər məhkum olunmuş şəxslər - Şirinbəyli kənd sakini, 1991-ci il təvəllüdlü Elvin Məhbub oğlu Həsənov və Qaranuru kənd sakini, 1987-ci il təvəllüdlü Nəhməd Çingiz oğlu Abıyev saxlanılıb.

Şəxsi axtarış zamanı E.Həsənovdan 195 qram, yaşadığı evə baxış zamanı isə 3 kiloqram 140 qram, N.Abıyevdən isə 7 qrama yaxın marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...