Keçmiş məhkum oğurluq üstündə tutuldu

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini A.İsmayılov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Xəzər RPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində F.Bədəlova məxsus avtomobildən 500 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.İsmayılov saxlanılıb. Ətrafında aparılan tədbirlərlə onun rayon ərazisindəki fermaların birindən 100 metr kabel, 1 evdən isə mobil telefon oğurlaması da müəyyən edilib.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə