T.Bəşirovun və Q.Zeynalovun yardımçı təsərrüfatlarından 5 baş qoyun oğurlamaqda şübhəli bilinən E.Ələsgərov və S.Əliyev saxlanılıblar. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Beyləqan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Bəşirovun və Q.Zeynalovun yardımçı təsərrüfatlarından 5 baş qoyun oğurlamaqda şübhəli bilinən Ağcabədi şəhər sakini, əvvəllər məhkum olunmuş E.Ələsgərov və Ağdam rayon sakini S.Əliyev saxlanılıblar.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...