Beyləqanda avtomobil piyadanı vuraraq öldürüb

Beyləqan rayonunun Xalac kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, iyunun 3-də saat 21 radələrində Beyləqan rayonunun Xalac kəndi ərazisində Füzuli rayon sakini M.Sadıqov idarə etdiyi “VAZ-21063” markalı avtomobillə yolu keçən Əhmədli kənd sakini Həkimxan Şükürovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə