Dilənmək istəməyən uşaq niyə bıçaqlandı?

Bakıda 11 yaşlı uşağın dilənçilik etmədiyi üçün atası tərəfindən bıçaqlanması faktı ilə bağlı araşdırmalara başlanılıb. SİA-nın məlumatına görə, bu barədə Bakı şəhər Baş Polis İdarəsindən bildirilib.

Qeyd olunub ki, sözügedən fakt nəzarətə götürülüb.

Qeyd edək ki, Suraxanı rayonunun Xanlar Ələkbərov küçəsində İsmayılov Fikrət Hüseynqulu oğlu, 2009-cu il təvəllüdlü övladı Canəli İsmayılovun dilənçilik etmədiyi üçün baş nahiyəsinə yumruq və bıçaqla xəsarətlər yetirib.

Bütün xəbərlər Facebook səhifəmizdə