Salyan rayonu ərazisindəki 2 mağazadan ərzaq və tütün məmulatı oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 21-də rayon ərazisindəki 2 mağazadan ərzaq və tütün məmulatı oğurlamaqda şübhəli bilinən şəhər sakinləri R.Eyvazzadə və K.Məmmədova saxlanılıblar.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun 4 avtomobildən akkumulyator, radiatorun qapağı, maqnitofon, ehtiyat təkəri və oturacaq üzlükləri oğurlaması da müəyyən edilib.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə