Şəmkirdə ağır qəza - iki qardaş və onların daha bir qohumu dünyasını dəyişdi

Şəmkir rayonunda ağır yol qəzası qeydə alınıb.

SİA-nın bölgə müxbirinin xəbər verir ki, hadisə rayonun "Kraz yolu" adlanan ərazisində qeydə alınıb.

İlkin məlumata görə, hadisə kənd ərazisində iki avtomobilin toqquşması nəticəsində baş verib. Qəzada "Lexus" markalı avtomobil aşıb. Qəza nəticəsində iki qardaş və onların yaxın qohumu həyatlarını itiriblər. Ölənlər iki qardaş - Şahin və Habil Hüseyn oğlu Əmraslanovlar və onların yaxın qohumları Ramil Söhrab oğlu Əmiraslanovdur.

Qəzanın təfərrütaları dəqiqləşdirilir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə