İki sərnişin avtobusunun toqquşması nəticəsində 15 nəfər xəsarət alıb

Bakı şəhəri Sabunçu rayonunda iki sərnişin avtobusu qəzaya uğrayıb. Sabunçu rayon Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, hadisə bu gün Sabunçu bazarının yanında qeydə alınıb. 204 saylı xətt marşrutu ilə hərəkət edən sərnişin avtobusu qarşıdan gələn 93 saylı marşrut avtobusu ilə toqquşub. Qəza nəticəsində ölən olmasa da, 15-ə yaxın sərnişin xəsarət alıb. Onlar - 20 yaşlı Aysel Allahverdiyev, 17 yaşlı Aynurə Hacıyeva, 20 yaşlı Günay Nurəliyeva, 30 yaşlı Vəfa Nəzərova, 39 yaşlı Gülqayıt Səfərova, 43 yaşlı Adilə Əliyeva, 39 yaşlı Xanım Səmədova, 40 yaşlı Nazilə Osmanova, 6 yaşlı Xədicə Osmanova, 42 yaşlı Şəhla Əliyeva, 58 yaşlı Xanım Əhmədova, 54 yaşlı Ziyafət İbrahimova, 53 yaşlı Sakit Məmmədov, 24 Cəmilə Kərimova və 51 yaşlı Almaz Mehdiyevadır. 3 saylı şəhər xəstəxanasından verilən məlumata görə, yaralıların vəziyyəti normal qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə