Bakı-Qazax yolunda baş verən qəzada 5 nəfər ağır xəsarət aldı

Bakı-Qazax yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın verdiyi məlumata görə, hadisə yolun Ucar rayonunun Qaracallı kəndindən keçən hissəsində qeydə alınıb. 50 BU 107 dövlət nömrə nişanlı, "VAZ 2107" markalı avtomobillə VAV 699 Gürcüstan dövlət nömrə nişanlı, "Ford" markalı maşın toqquşub. Nəticədə Şabran rayon sakini, 28 yaşlı Xəlilov Ramin Ənvər oğlu, Ucar rayonun Lək kənd sakinləri - 1948-ci il təvəllüdlü Hacıyeva Xuraman Afcan qızı, 1932-ci il təvəllüdlü Əsgərova Xanım Xudu qızı, Gürcüstan vətəndaşları - 1985-ci il təvəllüdlü Süleymanov Köhlən Ənvər oğlu və onun atası, 1964-cü il təvəllüdlü Süleymanov Ənvər Süleyman oğlu müxtəlif bədən xəsarətləri ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.yaralılardan biri xuraman Hacıyevanın vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə aparılıb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə