Zaqatala rayonunun Muxax kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, qoşqulu motosikletlə “QAZ-24” markalı minik avtomobilinin toqquşması ölümlə nəticələnib. Belə ki, motosikletçi aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Bir nəfər Zaqatala Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.
Baş vermiş qəza hadisəsi ilə bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə