Xırdalanda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Abşeron rayonu, Xırdalan şəhəri ərazisində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. SİA-nın yerli bürosu məlumat verir ki, hadisə “Kristal Abşeron-1”də yerləşən mənzillərin birində qeydə alınıb.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə