Astarada yol-nəqliyyat hadisəsi baş verib, motosiklet sürücüsü ölüb. SİA-nın bölgə müxbiri xəbər verir ki, hadisə səhər saatlarında Ələt-Astara avtomobil yolunun Ərçivan qəsəbə ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Avsəl Ocaqovun idarə etdiyi "VAZ" markalı nəqliyyat vasitəsi Nizami Əskərovun idarə etdiyi motosikletlə toqquşub. Qəza nəticəsində motosikletin sürücüsü Nizami Əskərov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə