Şəkidə fərdi yaşayış evində yanğın baş verib

Şəki şəhərinin Mirzə Fətəli Axundzadə prospekti, ev 45 ünvanında yanğın qeydə alınıb.

SİA-nın məlumatına görə, yanğın şəhər sakini Xatirə Məmmədzadəyə məxsus ikimərtəbəli yaşayış evinin 2-ci mərtəbəsində və çardaq hissəsində baş verib.

Hadisə yerinə cəlb olunan yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

İlkin ehtimala görə, yanğın odun sobasından baş verib.

Hazırda yanğının səbəbləri ilə bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə