Sosial şəbəkələrdə dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Naxçıvanda polis sosial şəbəkələrdə dələduzluq etməkdə şübhəli bilinən şəxsi saxlayıb. SİA xəbər verir ki, Naxçıvanda polis əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində “TikTok" və “Instaqram” sosial şəbəkələrində kiber üsullarla 30-a yaxın vətəndaşın pul vəsaitlərini talayan əvvəllər də eyni əmələ görə məhkum olunmuş Toğrul Ağazadə saxlanılıb.

Araşdırmalarla həmin şəxsin xarici ölkələrdən birinin vətəndaşının da etibarından sui-istifadə etməklə onun 17000 manatını dələduzluq yolu ilə əldə etdiyi aşkar olunub. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

T.Ağazadənin əməllərindən zərər çəkmiş digər şəxslər varsa bu barədə "102” Xidməti Zəng Mərkəzinə və polis orqanlarına məlumat verə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə