Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub

Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub

Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub. SİA xəbər verir ki, yanğın Xətai rayonu, Qaçaq Nəbi küçəsində qeydə alınıb.

Beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində baş verən yanğın FHN-in yanğınsöndürənləri tərəfindən qısa müddətdə söndürülüb.

FHN-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhərinin Xətai rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 74 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 40 m² sahədə və 1 ədəd məişət avadanlığı yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə