Şamaxıda İran vətəndaşına narkokuryerlik edən şəxs saxlanılıb - FOTO

İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edilən Yevlax rayonu sakini saxlanılıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri tədbir zamanı saxlanılan şəxs - əvvəllər məhkum olunmuş Surac Mahmudovdan 1 kiloqrama yaxın marixuana, 116 qram heroin və metamfetamin aşkar edilib.

Qeyd edilib ki, araşdırma zamanı S.Mahmudovun sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edildiyi məlum olub.

Bütün xəbərlər Facebook səhifəmizdə