“20 Yanvar faciəsi şagirdlərin gözü ilə” mövzusunda rəsm müsabiqəsi - FOTOLAR

20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş “20 Yanvar faciəsi şagirdlərin gözü ilə” mövzusunda YAP Yevlax rayon təşkilatı rayon məktəbliləri arasında rəsm müsabiqəsi keçirib.

SİA xəbər verir ki, şəhər 5 №-li tam orta məktəbin XI sinif şagirdi Şükürzadə Şamxal Xəyyam oğlu müsabiqədə I yeri, Şəhər 3 №-li tam orta məktəbin IX sinif şagirdi Əsədzadə Gülay Fizuli qızı müsabiqədə II yeri, Şəhər 1 №-li tam orta məktəbin X sinif şagirdi Sadıqova Pərvin Hüseyn qızı müsabiqədə III yeri tutub.

Milli Məclisin deputatı, YAP Yevlax rayon təşkilatının sədri İlham Məmmədov qaliblərə Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının fəxri-fərmanlarını və qiymətli hədiyyələrini təqdim edib, onlara yaradıcılıq uğurları, dərslərində müvəffəqiyyət arzulayıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə