Erməni təxribatının nəticəsi: 9 şagird ölüb, 50-ə yaxın məktəb dağılıb - Nazir

Erməni təxribatı nəticəsində 50-ə yaxın məktəb yararsız hala düşüb. SİA-nın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, sentyabrın 27-dən erməni təxribatı yalnız cəbhə bölgəsinə deyil, cəbhədən kənar rayonlara da təsir edib. Bu təxribat nəticəsində 9 şagird dünyasını dəyişib.

Nazir bildirib ki, uşaqların təcavüzə məruz qalması erməni terrorunun bariz nümunəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...