IV qrup üzrə bəzi universitetlərdə keçid balları təqdim edilib

Məlum olduğu kimi, sentyabrın 23-də Azərbaycanda 2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan edilib. SİA xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi Abituriyent jurnalının 7-ci sayına əsasən IV qrup üzrə bəzi universitetlərdə müəyyənləşdirilmiş keçid ballarını təqdim edir:

Azərbaycan Tibb Universitetində (ATU) bu il ən aşağı bal Əczaçılıq ixtisası üzrə 498 müəyyən olunub. Fizioterapiya və tibbi reabilitasiya - 522, Tibb bacısı işi - 443, İctimai səhiyyə - 518, Stomotologiya - 551, tibb -540, Tibb (ingilis dilində) 655 bal təşkil edib.

Bakı Dövlət Universitetində (BDU) ən aşağı bal ekologiya ixtisası üzrə 211, ən yüksək bal isə Psixologiya (tədris ingilis dilində) ixtisası üçün 492 bal tələb olunub.

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Biologiya müəllimliyi üzrə 239, Kimya və Biologiya müəllimliyi üçün 391 bal kifayət edib.

Dövlət İqtisad Universitetində ən aşağı bal Bağçılıq və tərəvəzçilik, Baytarlıq, Bitki mühafizəsi, Su biotexnologiyaları və akvakultura ixtisaslarında müəyyənləşib ki, bu ixtisaslara 150 balla qəbul aparılıb.

Özəl Universitetlərdən Azərbaycan Koorperasiya Universitetində ən aşağı bal ekologiya ixtisası üçün 150, Qərbi Kaspi Universitetində isə Ekologiya ixtisası üzrə 199 bal təşkil edib.

Xəzər Universitetində isə minimal 200 balla Biologiya, Kimya müəllimliyinə, ən yüksək bal Psixologiya (ingilis dilində) ixtisasında olub ki, 369 bal müəyyən olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə