UNEC-də fakültələrin hesabatları dinlənilir

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) elmi fəaliyyətin təkmilləşdirilməsi məqsədilə fakültələrin hesabatları dinlənilir. Universitetdən SİA-ya bildirilib ki, İqtisadiyyat meqafakültəsində keçirilən tədbirdə elm və innovasiyalar üzrə prorektor, professor Sakit Yaqubov UNEC-in elmi-tədqiqat universitetinə çevrilməsi istiqamətində görülən işlərdən, bu istiqamətdə bütün fakültə və kafedraların qarşısında duran vəzifələrdən danışıb.

Sonra fakültənin dekanı, dosent Asiman Quliyev hesabatla çıxış edib. Hesabatda fakültənin keçirdiyi elmi tədbirlər və yeni nəşrləri barədə məlumat verilib. O, həmçinin elmi-tədqiqat işlərinin nəticələrinin tədris prosesində və istehsalatda tətbiqi və səmərəliliyi, qrantlar əsasında və özəl şirkətlər tərəfindən maliyyələşdirilən elmi-tədqiqat işləri, beynəlxalq elmi əməkdaşlıq, elmi-tədqiqat işlərinin səmərəliliyi barədə danışıb. A.Quliyev “UNEC-100 İnkişaf Strategiyası” çərçivəsində fakültənin hədəflərini və vəzifələrini də açıqlayıb.

Tədbirdə İqtisadiyyat fakültəsinin nəzdində fəaliyyət göstərən kafedraların rəhbərləri illik elmi fəaliyyətləri haqqında çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...