"Ölkə üzrə məktəblərdə əlavə 800 psixoloqa ehtiyac var" RƏSMİ AÇIQLAMA

"Orta məktəblərdə psixoloqların diaqnostik qiymətləndirilməsi dekabrın sonuna qədər keçiriləcək. Diaqnostik qiymətləndirmədə təxminən 3000-ə yaxın psixoloqun iştirakı arzuolunandır". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

Psixoloqların diaqnostik qiymətləndirməsi üçün qeydiyyatın artıq bitmək üzrə olduğunu deyən nazir müavini ölkə üzrə əlavə 800 psixoloqa ehtiyac olduğunu dilə gətirib.

Onun sözlərinə görə, ümumtəhsil məktəblərində 2 mindən artıq psixoloq fəaliyyət göstərir: "Hazırki diaqnostik qiymətləndirmə psixoloqların peşəkar səviyyəsini, eyni zamanda sahə üzrə ixtisas biliklərini müəyyənləşdirmək məqsədilə keçirilir. Diaqnostik qiymətləndirmədən sonra psixoloqların əmək haqqının artımı məsələsi tərəfimizdən müzakirə olunan vacib məsələlərdən olacaq".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə