Nazir: "Məktəbəqədər təhsildə əhatə sahəsi bizi kifayət qədər narahat edir"

"Dövlət və cəmiyyət tərəfindən təhsilin bütün pillələrinə qoyulmuş vəsaitin səmərəliliyi ölçüldükdə dövlətin sosial iqtisadi inkişafının ən böyük effektini məktəbəqədər hazırlıq verir". SİA xəbər verir ki, bu gün təhsil naziri Mikayıl Cabbarov Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzvləri ilə görüşü zamanı çıxışında belə deyib.

Nazir bildirib ki, ölkədə təhsilə qoyulan investisiyanın çox hissəsi məhz bu sahəyə yönəldilmiş vəsaitdir: "Çünki uşaqlar tərəfindən əldə edilən düşüncə tərzləri onların gələcək həyat uğurlarını müəyyənləşdirir. Bu gün Azərbaycanda məktəbəqədər təhsildə əhatə sahəsi bizi kifayət qədər narahat edir. Çünki bu əhatə 20% təşkil edir və bu çox aşağı səviyyədir. Avropa ölkələrində məktəbəqədər təhsildə əhatə sahəsi isə 90%-dən çoxdur. Təbii olaraq, bu sahənin inkişafı bizim qarşımızda duran əsas prioritetlərdən biridir. Biz müvafiq həmkarlarla, ilk növbədə yerli icra hakimiyyəti orqanları ilə işləyərək bir tərəfdən bu məsələnin əhatə dairəsinin kəskin şəkildə genişləndirilməsinə, digər tərəfdən isə məktəbəqədər hazırlığın uşağın bağçada yeməyi və yatmağı ilə məhdudlaşdırılmamasına çalışırıq. Məktəbəqədər təhsil və məktəbəqədər inkişaf artıq təhsil prosesidir. Burada biz uşaqlara hesablamağı və yazmağı öyrətməliyik. Bunun üçün yaxşı metodika məlumdur. Amma bu sahədə məzmunun dəyişdirilməsi bizim peşə istiqamətlərimizdən, əsas prioritetlərimizdən biridir".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...