Baş pediatr: \"Uşaqların sayında artım qeydə alınıb\"

Azərbaycanda 2001-ci ildən etibarən dünyaya gələn körpələrin sayı ilbəil artmaqdadır. Respublikanın baş pediatrı Nəsib Quliyev SİA-ya açıqlamasında deyib ki, əgər 1990-ci ildən 2001-ci ilə kimi Azərbaycanda doğulan körpələrin sayı azalaraq 110 minə çatmışdısa, 2001-ci ildən etibarən hər il dünyaya gələn uşaqların sayı ilbəil artmaqda davam edir. O vurğulayıb ki, 2001-ci ildə olan say ötən ilin nəticələrinə görə 176 250 nəfərə çatıb. Bununla da ötən 10 il ərzində 60 min nəfərdən çox artım qeydə alınıb.

Uşaqlar arasında xəstələnmə və ölümə gəldikdə isə baş pediatr qeyd edib ki, əgər 1990-92-ci illərdə hər 1000 nəfər diridoğulan uşağın 29 nəfəri tələf olurdusa, keçən ilin yekunlarına görə bu rəqəm 11-ə qədər azalıb: "Yəni, bu sahədə 2 dəfədən çox azalmaya nail olunub. Amma bu son hədd deyil. Mövcud sahədə də Avropanın ən inkişaf etmiş ölkələri sırasına çatmaq istəyirik".

Bütün xəbərlər Facebook səhifəmizdə