Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.
SİA xəbər verir ki, bu barədə UNEC-dən məlumat verilib.
UNEC-in rektoru professor Ədalət Muradovla keçirilən görüşdə universitet və əmək bazarı arasında əməkdaşlığın səmərəliliyinin artırılmasından bəhs olunub. Professor Ədalət Muradov universitetlərin mütəxəssis hazırlığı istiqamətindəki missiyasından və UNEC-də bu istiqamətdə görülən işlərdən söz açıb. Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov isə rəhbərlik etdiyi qurumun fəaliyyəti və həyata keçirdiyi layihələr barədə məlumat verib.
Görüşdə müəllim və tələbələrin praktiki bilik və bacarıqlarının artırılması məqsədilə təlimlərin keçirilməsi, birgə layihələrin icrası, Ömürboyu Təhsil Mərkəzi tərəfindən birja mütəxəssislərinin hazırlanması məqsədilə mini MBA proqramının təşkili və digər istiqamətlərdə razılıq əldə olunub.
Müzakirələrin sonunda UNEC ilə Bakı Fond Birjası arasında birgə fəaliyyətə dair əməkdaşlıq memorandumu imzalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə