İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (13.03.2025- 16.03.2025) açıqlanıb. ANAMA-dan SİA-ya verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 155 piyada əleyhinə mina, 49 tank əleyhinə mina, 606 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 16 510 969 metr kvadrat yaxud 1651,1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Bütün xəbərlər Facebook səhifəmizdə