“Biz indi o qədər sosiallaşırıq ki, bütün adətlər unudulur" - AYDINLIQ GƏTİRİLDİ

“Əvvəl insanlar bir-birilərinin evlərinə qonaq gedərdilər, indi isə görüntülü yığırlar”. Bu sözləri SİA-ya açıqlamasında jurnalist, ekspert Ağa Dadaşzadə deyib.

Onun sözlərinə görə, əvvəllər Novruz bayramında qohumlar yığışıb şəkərbura, paxlava, qoğal bişirirdilər. Bu simvolik adətlər insanı xoşbəxt edən və ruhlandıran məqamlardan biridir: “Biz indi o qədər sosiallaşırıq ki, bütün bu adətlər unudulur. Əslində bu bir faciədir. Məsələn, türk dünyasının tanınmış ölkələrindən biri Özbəkistan hələ də öz milli geyimini qoruyub saxlayıb. Qırğızıstan olsun Tacikistan olsun. Amma Azərbaycanda bizim milli geyimlərimiz nədir? Çalarları nədir? İnanın ki, bunu əksəriyyəti bilmir. Həmçinin Novruz insanları birləşdirən, onları bir ocaq başına toplayan bayramdır. Novruz bayramı yeni il deməkdir. Yeni ildə də yeni arzular, yeni hədəflər, müqəddəs duyğular işə düşür. Çox təəssüfki, biz bunu unuduruq. O ki, qaldı şəkərburanın, paxlavanın bişirilməsinə hamı rahatlıq istəyir. “Hazır var gedərəm alaram” deyə insanlar düşünür. İnanın səmimiyyətimə 2 ildən sonra Novruz bayramını heç bir insan qeyd etməyəcək. Amma bunun da mənfi tərəfləri ondan ibarətdir ki, insanlar bir-birindən uzaq düşürlər, doğmalar uzaq düşürlər. İnsanlar bir-birindən uzaqlaşdıqca sevgi, məhəbbət, dostluq, qayğı hamısı itir. Sizi əmin edirəm ki, bundan haradasa 2 il sonra Novruz bayramı ümumiyyətlə yaddan çıxacaq. Artıq zaman keçdikcə tamamilə yadlaşacayıq. Biz konkret olaraq texnologiya dünyasının əsirinə çevrilmişik və rəsmən biz texnologiya əsirinin köləsi olacayıq”.

Müəllif: Qumral Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə