“Hazırda Azərbaycan Respublikasının məktəblərində tədris olunan fənlər və dünya ölkələrində tədris olunan fənlər arasında böyük bir fərq yoxdur. Ümumdünya elmindən başqa hər bir ölkə üçün önəmli olan onun ana dili, tarixi, coğrafiyası ilə bağlı fənlərdir. Azərbaycan da bu cəhətdən Sovet dönəmini keçən ölkədir. Çünki Sovet dövründə vahid düşüncə var idi və bütün diqqətlər də buna yönəlmişdi ki, ədəbiyyat da, tarix də vahiddir. SSRİ-nin dağılmasından sonra isə Azərbaycan öz tarixini, dilini, coğrafiyası ilə bağlı fənlərin tədrisində çox böyük dəyişikliklər etdi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib.
Deputat bildirib ki, Azərbaycan 44 günlük müharibədən sonra zəfər tarixini keçir: “Təbii ki, bu zəfər qazanan ölkədə keçirilə bilər, burada Azərbaycan xalqının bir yumruq ətrafında birləşməsi, igid oğulların qəhrəmanlıqları öz əksini tapıb. Azərbaycan dili ilə bağlı da dövlət səviyyəsində kifayət qədər fərman və sərəncamlar var. Azərbaycan dilinin gücünü göstərməsi üçün inkişafını təmin etməliyik.
Biz texnologiya əsrində yaşadığımızı da unutmamalıyıq. Bu gün məktəblərdə də elmin son fəaliyyətləri, elektronika ilə bağlı fənlər mövcuddur. Amma dünya təcrübəsi ilə müqayisədə o qədər də inkişaf etməyib. Amma bu fənlərin də inkişafına böyük ehtiyac var”.
Bütün xəbərlər Facebook səhifəmizdə