...Partizanlar Sankt-Peterburqda Rusiya hərbi-sənaye kompleksi üçün vacib olan zavodda kəşfiyyat aparıblar. Qeyd edilir ki, bu şirkət raketlər üçün pilotsuz təyyarələr, radarlar və təyinat sistemləri yaradır.
SİA-nın məlumatına görə, bu barədə “ATEŞ” partizan hərəkatının Telegram kanalı bildirib.
Belə ki, agentlər Rusiyanın hərbi potensialının saxlanmasında əsas rol oynayan obyektlərin müəyyənləşdirilməsi istiqamətində işləri davam etdirirlər.
...Bu dəfə onlar Sankt-Peterburqda yerləşən “Elmi-İstehsalat Müəssisəsi Radar MMS” səhmdar cəmiyyətinin uğurlu kəşfiyyatını həyata keçiriblər.
Bu, məlumatda deyilir.
Kəşfiyyat zamanı “ATEŞ” agentləri təhlükəsizlik rejimini öyrənmiş, daxili logistika, məhsul və personalın hərəkət marşrutlarını, habelə müəssisənin mühəndis infrastrukturunun xüsusiyyətlərini qeydə alıblar.
...Hərbi sifarişlərlə bağlı texnoloji xətlərə xüsusi diqqət yetirilib. Alınan məlumatlar sonrakı iş üçün artıq Ukrayna Müdafiə Qüvvələrinə ötürülüb.
Bunu partizanlar qeyd ediblər.
"Radar MMS" müəssisəsi haqqında nə məlumdur
Bu müəssisə həm xüsusi, həm də mülki təyinatlı radioelektron sistemlərin və komplekslərin aparıcı istehsalçılarından biridir. “Radar MMS” Rusiya ordusu üçün yüksək texnoloji həllərin yaradılmasında fəal iştirak edir, o cümlədən raket təyinat sistemləri, havadan axtarış və hədəf təyinetmə sistemləri, pilotsuz uçuş aparatları və radar stansiyaları bu zümrədəndir...
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə