...Vladimir Putini dəstəkləyən rus opera müğənnisi Anna Netrebko Rusiyada axtarışa verilib. “StarHit” resursu yazır ki, buna səbəb onun Sankt-Peterburqdakı mənzili ilə bağlı prosesin uzanması olub.
SİA-nın məlumatına görə, iki ildir ki, hakimiyyət orqanları kommunal xidmətlərin Soyuza Peçatnikov küçəsindəki elit mənzilə çıxışını təmin etmək üçün uğursuz cəhdlər edir. Əsas məqsəd: orada qeyri-qanuni yenidənqurma işlərinin olub-olmadığını yoxlamaqdır.
Sankt-Peterburq məhkəməsi mənzil idarəsinin əməkdaşlarını onun mənzilinə buraxmağı əmr edib. Lakin bu iş üzrə icra hələ də həyata keçirilməyib.
Bununla əlaqədar Federal Məhkəmə İcraçıları Xidməti Netrebkonu borclu kimi axtarışa vermək qərarına gəlib. Anna Netrebko məhkəmənin qərarına məhəl qoymamaqda davam edərsə, onu gecikdirdiyi hər ay üçün 20 min rubl cərimə gözləyir.
Xatırladaq ki, Azərbaycan opera müğənnisi, dramatik tenor Yusif Eyvazovla da bir vaxtlar ailəli olan Netrebko hazırda Avstriya, ABŞ və BƏƏ-də daşınmaz əmlaka sahibdir.
Bununla belə, Vyana onun əsas yaşayış yeri və vergi iqamətgahı olaraq qalır.
Müğənni 2000-ci illərin əvvəllərində Avstriya vətəndaşlığını alıb.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə