...Qələbə Günü Rusiya Federasiyası və Koreya Xalq Demokratik Respublikası (KXDR) xalqları üçün ümumi bayramdır.
SİA-nın məlumatına görə, Şimali Koreya lideri Kim Çen In bəyan edib.
Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
...Yoldaş Kim Çen In bildirib ki, dövlətimiz və xalqımız Rusiya xalqının Vətənin, bəşəriyyətin taleyi naminə qan bahasına qazandığı əvəzsiz Qələbə günü olan 9 May tarixini hər iki ölkənin – Koreya Xalq Demokratik Respublikası və Rusiya Federasiyasının ümumi bayramı hesab edir.
Məqalədə belə deyilir.
Kim Çen In qeyd edib ki, Böyük Vətən Müharibəsində Qələbə Rusiya tarixində sönməz böyüklük və şöhrət mənbəyinə çevrilib.
O, həmçinin vurğulayıb ki, sovet əsgərlərinin xidmətləri dünyanı faşizmdən xilas edib.
Sonda Şimali Koreya lideri Rusiyaya əbədi firavanlıq və xoşbəxtlik arzulayıb.
... KCNA xəbər verir ki, Kim Çen In əsas Qələbə Paradında iştirak etməyib, lakin mayın 9-da Rusiyanın Pxenyandakı səfirliyinə baş çəkib və bayram münasibətilə təbriklərlə yanaşı gül səbəti də təqdim edib.
Bununla belə, tədbirdə Kursk vilayətinin azad edilməsi əməliyyatında iştirak edən yüksək rütbəli zabitlər və Koreya Xalq Demokratik Respublikası bölmələrinin komandirləri iştirak ediblər.
Onlar Qızıl Meydandakı tribunalarda qonaq kimi birinci sırada əyləşdiriliblər.
Rusiya prezidenti Vladimir Putin onları qarşılayıb və verdikləri töhfəyə görə təşəkkür edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə