Sovet planetlərarası stansiya Yerə düşüb...

…Sovet avtomatik planetlərarası stansiyası (AMS) "Kosmos-482" Hind okeanına düşüb.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə “Roskosmos”un mətbuat xidməti məlumat yayıb.

…“TsNIIMash” ASC-nin mütəxəssislərinin hesablamalarına görə, qurğu Orta Andaman adasından 560 kilometr qərbdə atmosferin sıx təbəqələrinə daxil olub və Cakartanın qərbində Hind okeanına düşüb.

Delft Universitetinin elmi işçisi Marko Lanqbroekin hesablamalarına görə, istismardan çıxarılan Sovet Avtomatik Planetlərarası Stansiyasının (AİS) “Kosmos-482” fraqmentləri mayın 9-dan sonra Yerə çırpılacaqdı.

Mütəxəssis AMS-in mayın 10-u Yer atmosferinin sıx təbəqələrinə daxil olacağını gözləyirdi.

Qeyd edək ki, "Kosmos-482" AMS "Venera-8" stansiyasının ehtiyat nüsxəsidir. Qurğu 1972-ci il martın 31-də Baykonur kosmodromundan “Molniya-M” raketində buraxılıb. Gücləndirici blokun sıradan çıxması səbəbindən AMS Yerə yaxın orbitdə qalıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə