“Repetitorluq ləğv olunarsa, plan yerinin dəfələrlə aşağı qəbulun şahidi olacağıq. Bu da minlərlə plan yerinin boş qalması ilə nəticələnəcək bir prosesdir”. Bu sözləri SİA-ya açıqlamasında təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi deyib.

Onun sözlərinə görə, bugün Azərbaycanda fəaliyyət göstərən 4 min 440-dan çox tam və ümumi orta təhsil müəssisələri fəaliyyət göstərir: “Burada demək olar ki, 1 milyon 600 mindən çox şagird təhsil alır və yalnız yuxarı sinif şagirdləri (əsasən 9-10-11-ci sinif şagirdləri) bu şəxslər müvafiq imtahan göstəriciləri üçün məhz repetitorlara (hazırlıq kursları, hazırlıq mərkəzləri və tədris mərkəzlərinə) borcludurlar.
Bugün hər hansı 5 şagirdin müvafiq olaraq əldə etdiyi uğur məktəbin adına yazılmamalıdır. O baxımdan ki, bugün yalnız bir neçə məktəb, yəni barmaqla sayılacaq sayda məktəblər olar ki, onlar müvafiq olaraq yüksək bal toplayan bir şagird çıxarda bilər. Amma o yüksək bal da bizim nəzərdə tutduğumuz 600-dən yüksək olmur. Yəni, təxminən 600 bala qədər istisna halda 1-2 nəfər şagird ola bilər. Amma qalan bütün yüksək nəticə göstərənlərin hər biri məhz hazırlıq kurslarının, tədris mərkəzlərinin, repetitorların nəticələridir”.
Elçin Əfəndi sözlərinə belə davam edib: “Biz repetitorluğu ləğv edə bilmərik. Amma repetitorluğun bir qanun, yaxud bir çərçivəyə salınması üzərində iş gedir və düşünürəm ki bunu tənzimləyə bilərik. Vergidən yayınma halları və digər məsələlər olmaması üçün bir növ bu məsələnin leqallaşdırılması, yəni, qanuniləşdirilməsi lazımdır və bununla bağlı da bildiyim qədərilə də iş görülür. Bu da bir növ artıq onu deməyə əsas verir ki, təhsil artıq ödənişli əsaslarla keçir. Yəni, bugün Azərbaycan reallığı ondan ibarətdir ki, valideyn övladının təhsilini məktəbdə ala bilmir, ona görə məcburdur kənardan əldə etsin, və yaxud da qəbulun formatı o qədər çətindir ki, bir şagird 6-7 fəndən imtahan verib ali məktəbə qəbul olursa, deməli artıq məktəb proqramı ilə qəbul proqramında müəyyən bir uyuşmazlıq, çətinlik varsa o zaman valideyn əlacsızlıqdan övladının daha yaxşı nəticə qazanması üçün məcburdur təhsili kənarda axtarsın. Kənarda axtardığı təhsil də ödənişli əsaslarla mümkündür. Bu isə onu deməyə əsas verir ki, təhsil artıq ödənişli həddə çatır. Bu məktəblərin qarşıdakı dövr üzrə publik statusu alarlarsa, o zaman artıq ölkədə demək olar ki, böyük əksəriyyət təhsil müəssisələri ödənişli əsaslarla fəaliyyət göstərər. Bu da bir qədər məktəbin təhsilə qayıtması ilə də nəticələnə bilər. Yenə də aidiyyəti qurumlar təbii ki bunların üzərində işlər görür. Amma bütün bunlar isə repetitorluğu ləğv edək anlamı vermir. Düzdür, repetitorluq son 10-15 il ərzində daha da geniş vüsət alıb. Əvvəlki dövrlərə biz nəzər salsaq hətta 1995-1996, ondan əvvəlki dövrlərdə də hətta məsələn, 80-90-cı illərdə hər hansı bir şagird hansısa fəndən bilikləri zəif idisə, onlar da o fəndən hansısa müəllimin yanına gedib müəyyən biliklər qazanırdılar. Yəni o dövrün də repetitorluğu var idi. Amma bu qədər tüğyan eləmirdi, bu qədər geniş yayılmamışdı. Amma hal-hazırkı dövrü biz müqayisə etsək və bu qədər repetitorluğa hazırlıq kursları tədris mərkəzlərinə ehtiyacın yarandığını nəzərə alsaq deyə bilərik ki, bəli, bugün məktəblərdə verilən təhsil kifayət etmir və məcburiyyət qarşısında valideynlər artıq bu təhsil metoduna, təhsil üsuluna üstünlük verirlər”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB