Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan Baş naziri Nikol Paşinyanın 102-ci baza ilə bağlı dediklərinə istehzalı şəkildə cavab verib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Zaxarova özünün Telegram kanalında Paşinyanın Gümrüdəki 102-ci Rusiya hərbi bazası ilə bağlı dediklərini paylaşaraq, Mixail Bulqakovun “İt ürəyi” əsərindən “Siz kişisiniz, yoxsa qadın?” sitatını gətirib.
Qeyd edək ki, Paşinyan 102-ci hərbi bazanın Ermənistan üçün həyati əhəmiyyət daşımadığını, Rusiya hərbi bazanı özü çıxarmaq qərarına gələrsə, Ermənistan hakimiyyətinin buna etiraz etməyəcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB