"Sahibkarlıq fəaliyyətində tədricən canlanma başlayıb" MÜSAHİBƏ

SİA iqtisadçı-ekspert İrşad Kərimlinin müsahibəsini təqdim edir.

- Covid-19 pandemiyası Azərbaycan iqtisadiyyatına necə təsir etdi?

- Covid-19 dünyanın qlobal problemlərindəndir. Bu qlobal problemlərin iqtisadi aspektləri var. Bunlar dünyanı bürüyən böhranlardır. Bu iqtisadi böhranın tərkibinə daxil olan problemlər ekologiya xarakteri daşıyır. Bu problemlər insan amili və təbiətdən səmərəli istifadə ilə bağlı olur. İnsan amili 1990-cı illərin əvvələrində BMT insan inkişafı haqqında böyük bir bəyannamə qəbul etdi. Bu bəyannamənin əsası insan əməyinin kapitala çevrilməsi ilə bağlı idi. İnsan əməyinin istifadəsinin elə yollarını tapmaq lazımdır ki, insan potensial etmək qabiliyyəti çoxaltmaq imkanına malik olsun. Belə imkanın əldə olunması üçün insanın sağlamlığı, yaş həddi və əməyinin mühafizəsi və s. hallara fikir verilir. Müasir dövdə 2019-cu ildə Covid-19 pandemiyası dünya miqyasını bürüdü. Bu zaman insan amilinin fəaliyyəti məhdudlaşdırıldı. İnsan əməyə olan qabiliyyəti iqtisadiyyatın hərəkətverici qüvvəsi əsasında dayanır. Buna mobil amil deyirlər. İnsan iqtisadiyyatın ictimai həyatın bütün sahələrində çevikliyini göstərmək imkanına malikdir. Texnikanı yaradan da insanın özüdür. Pandemiya insan amili ilə bilavasitə əhatə olunduğu üçün insan amilini məhdudlaşdırıb və məhdud dairəyə salması sözsüz ki, iqtisadiyyatın ləngiməsinə və çökməsinə gətirib çıxarır.

- Pandemiya dövründə Azərbaycanda iqtisadiyyatın çevikliyi nədən ibarətdir?

- Covid-19 başlanması ərəfəsində məhz Azərbaycan hökuməti Ümumdünya səhiyyə təşkilatının təlimatlarına vaxtında fikir verməklə virusun qarşısının alınması üçün ilkin tədbirlərə geniş miqyasda start verdi. Bu tədbirlərin nəticəsində Azərbaycan ümumdünya səhiyyə təşkilatının ən nümunəvi ölkələrindən biri sayılır. Bizdə yoluxma sayı olduca az olması, yoluxanların tez müalicə olunması və əmək qabiliyyətinə qovuşma imkanlarının artırılması Azərbaycan hökumətinin çox diqqətli olduğunu göstərir. Bu baxımdan, Azərbaycan dövlətinin gördüyü işi çox yaxşı qiymətləndirirəm. Dünya təşkilatları da Azərbaycanı nümunəvi dövlət kimi qəbul edir. Tədbirlərin vaxtında görülməsi və eyni zamanda, Qoşulmama hərəkatına üzv ölkələr inkişaf etməkdə olan ölkələrdir.

- Azərbaycan dövləti koronavirus pandemiyası dönəmində sahibkarların az zərər görməsi üçün ciddi tədbirlər görüb. Bu tədbirləri necə dəyərləndirirsiniz?

Sahibkarlıq fəaliyyəti insan əməyi ilə bağlıdır. Bizdə pandemiya dövründə kiçik və orta sahibkarlıq fəaliyyətinə çox xələl gəldi. Bunların fəaliyyətində müəyyən məhdudlaşmalar və ixtisarlar baş verdi. Dövlət konpensasiya etmək üçün sahikarlara minimum əməkhaqqı səlahiyyətini saxladı. Hətta sahibkarların orta aylıq gəlirinin minimum miqdarda müavinətlər verməyi qarşısına qoydu. Dövlət büdcəsindən 3 milyard vəsait ayrıldı. Bunlar kiçik və orta sahibkarlığı tənəzzülə uğramasının qarşısını aldı. Tədricən sahibkarlıq fəaliyyətində canlanma başlayıb. Bu canlanmanın səbəbi dövlətin bu fəaliyyətdə məhdudiyyətlər qoymaması və vəsait verilməsi canlanmaya gətirib çıxardı. Hazırda vergi ödəyiciləri əvvəlki səviyyəyə qayıtmağa başlayıb. Bu vəsaiti sahibkarlar tədricən geri qaytaracaq. Qarabağ bölgəsinin dircəldilməsi üçün 2,2 milyard birbaşa vəsait ayrılıb. Digər özəl şirkətlərdə Qarabağ Dircəliş fonduna müavinətlərin ayrılması üçün vəsait qoyub. Qarabağ bölgəsinin müasir dövrün tələblərinə uyğun səviyyəyə gətirilməsi üçün 120 milyard vəsait lazım olacaq.

- Qarabağda kənd təsərrüfatı necə qurulmalıdır? Ağıllı kənd layihəsinin mahiyyəti nədir?

- Qarabağ bölgəsində ağıllı kənd ağıllı şəhər layihələrinin həyata keçirilməsi üçün ilk növbədə kəndlilərə həm pay torpaqlarını, həm də yardımçı təsərrüfatları necə qurmaq lazım olduğunu yaxşı bilməliyik. Müasir dünyadakı kimi kənd təsərrüfatı yaratmalıyıq. Kənd təsərrüfatı ilə fermer təsərrüfatı bu mənada qarışdırılmamalıdır. Kəndli təsərrüfatını yalnız kəndli qura bilər.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...