Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin 2020-ci il üzrə regionlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq, yanvarın 24-də Energetika naziri Pərviz Şahbazov Siyəzən şəhərində vətəndaşları qəbul edəcək. Qəbul saat 11:00-da Siyəzən rayon Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev küçəsi 90) keçiriləcək.
Həmin gün Energetika nazirinin müavini Samir Vəliyev Qobustan şəhərində sakinlərlə görüşəcək. Qəbul saat 11:00-da Qobustan Gənclər Mərkəzində (ünvan: Heydər Əliyev prospekti) təşkil olunacaq. Nazir müavini Elnur Soltanov isə Cəlilabad şəhərində vətəndaşları qəbul edəcək. Qəbul saat 10:00-da Cəlilabad rayon Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti 242) başlayacaq.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün Energetika Nazirliyinin [email protected] elektron poçt ünvanı, 598-16-53/54 (daxili: 1145, 1146, 1147) nömrəli telefon (əlaqələndirici şəxs Azər Rzayev), nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, həmçinin Siyəzən rayonu üzrə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Xaçmaz filialı (əlaqələndirici şəxs Seymur Hacıyev, əlaqə telefonu: (050) 250-18-18, email: [email protected]), Qobustan rayonu üzrə Sumqayıt filialı (əlaqələndirici şəxs Ceyhun Nağızadə, əlaqə telefonu: (050) 275-50-01, email: [email protected]) və Cəlilabad rayonu üzrə Lənkəran filialı (əlaqələndirici şəxs Famil Əliyev, əlaqə telefonu: (050) 235-17-57, email: [email protected]) vasitəsilə müraciət edə bilərlər.
Bununla yanaşı, vətəndaşlar nazirliyin www.minenergy.gov.az internet səhifəsindəki “Qəbula yazılmaq“ bölməsi və facebook səhifəsi vasitəsilə də qəbula yazıla bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB