İpoteka və Kredit Zəmanət Fondu sığortaçı seçir

İpoteka və Kredit Zəmanət Fondu avtonəqliyyat vasitələrinin icbari və könüllü sığortası üçün açıq tender elan edib. SİA xəbər verir ki, tenderdə iştirak haqqı 66 manatdır.

İddiaçılar təkliflərini iyulun 12-nə qədər Fondun yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti, 40 ünvanına təqdim edə bilərlər.

Təkliflərə iyulun 12-də, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə