İpoteka və Kredit Zəmanət Fondu avtonəqliyyat vasitələrinin icbari və könüllü sığortası üçün açıq tender elan edib. SİA xəbər verir ki, tenderdə iştirak haqqı 66 manatdır.
İddiaçılar təkliflərini iyulun 12-nə qədər Fondun yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti, 40 ünvanına təqdim edə bilərlər.
Təkliflərə iyulun 12-də, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq.